Vəzifə öhdəlikləri:
• Reklam və promo kampaniyaları üçün kreativ ideyaların təklifi;
• Müxtəlif kampaniyalar üzrə layihələrin işlənilməsi;
• Mütəmadi olaraq bazarın izlənilməsi və yeni imkanların aşkarlanması;
• Bazarın dinamikasına uyğun çevik həllərin təklif edilməsi;
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi;
• Görülmüş işlərin analizlərinin aparılması və hesabatların hazırlanması.
Tələblər:
• Bu sahədə minimum 2 il peşəkar təcrübə;
• Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalı;
• Kreativ marketinq layihələri üzrə təcrübəli olmalı (Portfolio arzuolunandır);
• Layihə idarəetmə (Project Management) təcrübəsi mütləqdir;
• Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam vəs).
İş barədə məlumat:
Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 aprel 2021 tarixinədək mövzu sətirində “Marketinq üzrə menecer” qeyd edərək CV-lərini [email protected] electron poçt ünvanına göndərsinlər.