Satış təmsilçisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 10.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə barədə məlumat:

• Mətbəx mebelləri istehsalçısı olan fabriklərin məhsullarının satışının həyata keçirilməsi;
• Məhsulun təqdim edilməsi və məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək;
• Mövcud müştəri bazası ilə işləmək, müştərilərlə uzun müddətli iş münasibətləri yaratmaq və onu qorumaq;
• Müştəriyə brend məhsulun çeşidi haqqında məlumat vermək, alıcıya məhsulun seçimində köməklik göstərmək;
• Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçülərin götürülməsi;
• Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək, mağazanın işgüzar nüfuzunun qorunması.

• Tələblər:

• Luks seqmentdə Mətbəx və digər mebelin satışında minimum 1-3 il iş təcrübəsi olmalı;
• Dil bilgiləri: Azərbaycan, Rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti olması vacibdir. (ingilis dili biliyinin olması arzuolunandır;
• Planlaşdırma, analiz və idarəetmə bacarığı;
• AutoCAD proqramından istifadə etməyi bacarmalıdır.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində - 6 iş günü, istirahət- 1 gün;
- İş saatı: 10:00-20:00;
- Əmək haqqı: 800 AZN(namizədin bilik və bacarığına əsasən daha yüksək əməkhaqqı təklif oluna bilər).

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mətbəx mebeli”sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.