Front Ofis Koordinatoru

  • Code Academy
  • Elanın qoyulma tarixi: 10.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

- Təhsil mərkəzinə gələn qonaqları və müştəriləri qarşılamaq
- Telefon zənglərinə cavab vermək
- Tədris proqramları ilə bağlı ilkin məlumatların verilməsi
- Qeydiyyat işinin aparılması
- Ofisdə digər departamentlərin gündəlik işlərinə dəstək olmaq

İş rejimi növbəli iş qrafiki ilədir. İş saatları 09:00-16:00, 13:00-20:00, 14:00-21:00 arasıdır.

Əsas tələblər:

- Microsoft Office proqramlarında yaxşı işləyə bilmək
- Azərbaycan dilində yaxşı nitq qabiliyyəti, rus və ingilis dillərini orta səviyyədə bilmək
- Tələbəlik müddətində sosial aktivlik
- Məsuliyyətlilik
- Xoş görünümlü olmaq və gülərüzlülük
- Güclü ünsiyyət qabiliyyəti
- Problem həll etmə bacarığı
- Komandada işləmə bacarığı
- Call Center təcrübəsinin olması üstünlükdür
- Satış bacarıqlarının olması üstünlükdür

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.