İşin təsviri
Vəzifə öhdəlikləri:
- İnşaat layihələri üzrə smeta sənədlərinin hazırlanması və yoxlanılması;
- Layihələr üzrə iş həcmlərinin hesablanması və qiymətləndirilməsi;
- Texniki və maliyyə təkliflərinin hazırlanmasında iştirak;
- Layihə sənədlərinin analizi və uyğunluğunun yoxlanılması;
- Sahədən daxil olan məlumatların sistemləşdirilməsi və hesabatların tərtibi.
- Tikinti və montaj işlərinin texniki tələblərə, layihə və norma göstəricilərinə uyğun icrasına nəzarət etmək;
- İş həcmlərinin hesablanması (volume calculation), smeta və texniki cədvəllərin tərtibatında iştirak etmək;
- İcra sənədlərinin (akt, jurnal, sxem, pasport və s.) düzgün tərtibini təmin etmək;
- Texniki şöbə tərəfindən aparılan sənədlərin arxivləşdirilməsi və saxlanmasını təşkil etmək;
- Tikinti obyektlərində istifadə olunan material, avadanlıq və texnologiyaların texniki göstəricilərinə nəzarət etmək;
- Layihə üzrə texniki dəyişikliklərin (modifikasiya və düzəlişlərin) qeydiyyatını və icrasını təmin etmək;
- Normativ sənədlərə (SNİP, GOST, DБN, İSO və s.) uyğun texniki tələblərin tətbiqinə nəzarət etmək;
- Obyekt üzrə texniki hesabatların, aylıq/gündəlik icra məlumatlarının hazırlanmasında iştirak etmək;
- Mütəmadi olaraq sahədə texniki monitorinqlər aparmaq və nəticələri rəhbərliyə təqdim etmək;
- Layihə mühəndisləri, planlama, smeta, logistika və istehsalat şöbələri ilə qarşılıqlı iş koordinasiyasını təmin etmək;
- Texniki risklərin, çatışmazlıqların və uyğunsuzluqların vaxtında aşkarlanması və aradan qaldırılması üçün təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya digər mühəndislik ixtisasları üzrə);
- İnşaat və smeta işlərində ən azı 10 illik təcrübə;
- İş həcmi və smeta hesablamaları üzrə praktiki biliklər;
- MS Office (xüsusilə Excel) və smeta proqramları ilə işləmək bacarığı;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;
- Komanda ilə işləmə və hesabatlılıq bacarığı.
İşin xüsusiyyəti:
- Əsasən ofis mühitində aparılan işdir;
- Layihə və tikinti proseslərinə zərurət yarandıqda qısa müddətli ezamiyyətlər mümkündür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.