Elektrik mühəndisi

  • Ensol
  • Elanın qoyulma tarixi: 11.06.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələrin və təsnifat cədvəllərinin yoxlanılması ;
  • Texniki şərtnamələrin hazırlanmasında iştirak etmək;
  • Əlaqəli hesabatların hazırlanması;
  • Elektrik sistemlərinin layihəyə uyğun qurulmasına və icrasına nəzarət etmək;
  • Elektrik avadanlıqlarının və materiallarının keyfiyyətini yoxlamaq və düzgün istifadəsini təmin etmək;
  • Podratçılar və elektrik heyətinin iş prosesini idarə etmək və nəzarətdə saxlamaq;
  • Tikinti sahəsində elektrik sistemlərinə aid texniki sənədləşməni aparmaq;
  • Layihənin vaxtında və keyfiyyətli icrasını təmin etmək;
  • Elektrik şəbəkələrinin təhlükəsizlik qaydalarına uyğun qurulmasını təmin etmək.

Tələblər:

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Elektrik sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
  • Elektrik normativləri və qaydaları haqqında dərin biliklər;
  • AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;

Əlavə məlumat:

  • Nahar ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 6 günlük iş qrafiki
  • İş yeri Zığ qəsəbəsi

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Elektrik mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Ensol tərəfindən digər vakansiyalar