İşin təsviri
İş yeri: Qırğızıstan
Vəzifə öhdəlikləri:
- Elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırılması, montajı və texniki baxışı
- Layihə sənədlərinə əsasən kabellərin çəkilməsi və sistemlərin qoşulması
- Avadanlıqların sınaqdan keçirilməsi və istifadəyə verilməsi
- Elektrik sistemlərində nasazlıqların müəyyən olunması və aradan qaldırılması
- Elektrik təhlükəsizliyi qaydalarına tam riayət etmək
Namizədə tələblər:
- Peşəsi üzrə iş təcrübəsi; 1-3 il
- Məsuliyyətli və komandada işləmək bacarığı;
- Ezamiyyət şəraitində işləməyə hazır olmaq;
- Rus dili orta səviyyədə.
İş şəraiti:
- Yaşayış yeri və nahar ilə təmin olunur;
- Səyahət xərcləri şirkət hesabına qarşılanır;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu yerinə Elektrik montajçı yazaraq CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.