Mühəndis-elektrik

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali texniki təhsil (elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqədar sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili sərbəst, İngilis və Rus dili biliyi arzuolunandır;
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı; digər proqram bilikləri əlavə üstünlük hesab olunur;
  • Təhlükəsizlik texnikası üzrə 5-ci qrup və 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularına xidmət göstərmək üçün müvafiq icazə tələb olunur;
  • İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı.

Əsas vəzifələri:

  • İnzibati binanın daxilində və xaricində elektrik avadanlıqlarda aparılan işlərə nəzarətin edilməsi, işin keyfiyyəti və nasazlıqlar haqqında struktur rəhbərinə məlumatın verilməsi;
  • Yüksək gərginlikli sahələrdə Azərişıq ASC – sınaq yoxlamaların aparılmasına nəzarət edilməsi;
  • İnzibati binanın daxilində və xaricində yerləşən bütün elektrik avadanlıqlarına və sərfiyyatına nəzarət edilməsi;
  • Enerji daşıyıcıların gündəlik qeydiyyatının aparılması;
  • Servis xidməti göstərən təşkilatın mütəxəssislərini anbarda olan elektrik avadanlığın ehtiyat hissələri ilə təmin edilməsi;
  • Anbarda olmayan ehtiyat hissələrin haqqında Qüsur Aktının tərtibatında iştirak etməsi və struktur rəhbərinə Forma 1-də sifarişin təqdim edilməsi (yeni il üçün elektrik avadanlığa lazım olan servis xidmətlərini və ehtiyat hissələrin sifarişini elektron formada tərtib edilməsi);
  • Texniki xidmət və təmir edən servis mütəxəssislərinin “illik avadanlıqların” planlı texniki xidmət və təmirinin plan-qrafikinə əsasən aparılan işlərə gündəlik nəzarət etməsi və struktur rəhbərinə məlumatın verilməsi;
  • Müəssisədə enerji xidmətləri göstərən servis işçilərinə nəzarət etməsi;
  • Enerji və ətraf mühitin qorunması avadanlıqlarının və enerji sistemlərinin texniki cəhətdən düzgün işləməsini və vaxtında təmirini, elektrik enerjisi, buxar, qaz, su və digər enerji növlərinin fasiləsiz təchizatı, müəssisədə enerji ehtiyatlarından səmərəli istifadəyə nəzarət, qənaət rejiminə ardıcıl riayət olunmasının təşkili;
  • Elektrik təsərrüfatların işinin təşkili və planlaşdırılmasına, elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin təmiri cədvəllərinin hazırlanmasına, elektrik enerjisi, enerji yanacağı dizel istehlak dərəcələri və bütün növ enerjinin istehlak rejimləri istehsalına və istehlakına dair planlara nəzarəti;
  • Enerji cihazları, materiallar, ehtiyat hissələrinin alınması, elektrik və günəş enerjisinin müəssisəyə verilməsi və əlavə gücün istehsalata bağlanmasını və lazımi hesabatların aparılmasını təmin etməsi; müəssisənin və onun bölmələrinin enerji təchizatı sistemlərinin yenidən qurulması və modernləşdirilməsi layihələrinin nəzərdən keçirilməsində və yenidən qurulması üçün texniki şərtlərin hazırlanmasında iştirak eməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, elektrik avadanlıqlarında istismarı və enerji avadanlıqları və şəbəkələrindən istifadə qaydalarına əməl olunmasına nəzarət etməsi;
  • Müəssisədə yerləşən güc qurğularının saxlanmasını, mövcudluğunu və hərəkətini, habelə elektrik enerjisi və yanacaq istehlakının, enerji sektorunun texniki və iqtisadi göstəricilərinin və onların uçotu - təhlilinin təşkil edilməsi;
  • Enerji avadanlıqlarının və enerji təchizatı sisteminin yaxşılaşdırılması ilə əlaqədar rasional təklif və ixtiralar barədə rəyin verilməsi, qəbul edilmiş təkliflərin icrasının təşkil edilməsi.

Xahiş olunur, CV-nizi mövzu hissəsində “Mühəndis-elektrik” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

Bakı Konqres Mərkəzi tərəfindən digər vakansiyalar