Sistem inzibatçısı

  • eManat
  • Elanın qoyulma tarixi: 09.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Sistemlər üzrə yenilikləri (updates) yoxlayır və yenilənmə üzrə plan tərtib etmək
• Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırır və yeni versiyaları test etmək
• Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
• Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
• Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
• Öhdəsində olan sistemlərin idarəedilməsi üzrə prosedur və qaydaları tərtib etmək
• Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək monitorinq aparmaq
• Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
• Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
• Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək

Namizədə qoyulan tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi
• Komanda şəklində işləmə bacarığı;
• Sənədəri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• Sistem inzibatçılığı sahəsində 2 ildən çox iş təcrübəsi
• UNIX/LİNUX və Windows əməliyyat sistemlərinin(server) inzibatçılığı
• Virtuallaşdırma(Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübəsi
• Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v)
• Server, Storage və şəbəkə avadanlıqları(switch,router,firewall) ilə iş təcrübəsi
• Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarığı
• Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
• Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübəsi
• İşlərin təşkili, planlanması, qeydtiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarığı
• Komanda şəklində işləmə bacarığı
• İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması)
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarağı və yeniliyə həvəsli olmağı

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 1500-2000 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Sistem inzibatçısı” yazılmalıdır.

İşəgötürənin reytinqi