İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi

  • eManat
  • Elanın qoyulma tarixi: 09.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• IT xidmətlərinin idarəedilməsi üzrə korporativ siyasət, standart və qaydaları tərtib etmək
• Korporativ İT sözlük tərtib etmək və onun tətbiqini həyata keçirmək
• Biznes proseslərə əsaslanaraq informasiya axınını müəyyənləşdirmək, beləliklə İT proseslərinin təsnifatını (pocess statement) və data arxitekturlarını tərtib etmək
• Beynəlxalq və ölkə qanunvericiliyinə əsasən şirkətin daxildə və xaricində informasiyanın istifadəsi (idarəedilməsi) üzrə strategiya (plan) tərtib etmək
• İnformasiya idarəedilməsi planını tətbiq etmək
• Korporativ dəyərlərə (corporate values) əsasən informasiya resurslarının istifadəsi üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
• Keyfiyyətin ölçülməsi və risklərin idarəedilməsi üzrə sistemləri və onlara tələbləri müəyyən etmək
• Siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək

Namizədə qoyulan tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi
• İTİL, İSO20000 və/vəya İSO27000 üzrə müvafiq sertikatların olması
• Komanda şəklində işləmə bacarığı;
• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• İşlərin təşkili, planlanması, qeydtiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarığı
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması )
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarağı və yeniliyə həvəsli olmağı

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 1400-1600 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “İT xidmətlərinin idarəedilməsi siyasət və prosedurların nəzarət qrupu mütəxəssisi” yazılmalıdır.

İşəgötürənin reytinqi