Direktor köməkçisi

  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi
Təhsil: Ali təhsil (Sənayə mühəndisliyi sahəsində ali təhsilinin olması üstünlükdür)
Cinsi: Kişi
Yaş həddi: 22-35

İşin Təsviri: Şirkətin direktorunun iş qrafikinə uyğun olaraq iş planının hazırlanması, zənglərin cavablandırılması, korporativ yazışmaların aparılması və s.

Vəzifə öhdəlikləri:

- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və beynəlxalq yazışmaların aparılması;
- Şirkət direktorunun tapşırığına əsasən iclaslarda iştirak etmək və müəyyən qeydiyyatlar aparmaq;
- Şirkət direktorun strukturlara tapşırıqlarının deadline tarixlərinə uyğun olaraq izlənilməsi;
- İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
- Şirkət direktorunun verdiyi tapşırıqların yerinə yetirilməsi;

Tələblər:

- Yüksək səviyyədə təqdimat bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı (Xüsusilə excel biliyinin yüksək olması);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Yüksək ünsiyyət bacarıqları;
- Analitik bacarıqlar
- Azərbaycan dili, rus dili və ingilis dili (İngilis və rus dili yüksək səviyyədə);
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Servis xidməti
- Nahar ilə təmin edilmə
- İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Direktor köməkçisi” yazmaqla CV göndərərək müraciət edilir.