Baş mühasib

  • Novo Group
  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ÖHDƏLİKLƏR:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və registrlərində düzgün əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
• Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarının (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatının təmin edilməsi;
• Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət edilməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsi, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunun düzgün təşkili və aparılmasına nəzarət edilməsi;
• Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işlənilməsi;
• Uçot sənədlərinin arxivləşdirilməsinin təmin edilməsi;
• İllik mənfəət vergisi bəyannaməsinin sərbəst şəkildə hazırlanıb təqdim edilməsi;
• e-gov.az, e-taxes.gov.az və digər əlaqəli portallarda müvafiq əməliyyatların icra edilməsi;
• İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflərin verilməsi;
• Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak edilməsi və ehtiyac duyduqda lazımi təkliflərin irəli sürülməsi.

TƏLƏBLƏR:

• Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarını, Vergi, Sosial sığorta və Əmək qanunvericiliyini bilməli, eləcə də, qanunvericilikdə aparılan dəyişmələri mütəmadi olaraq yaxından izləmə qabiliyyətinə malik olmalı
• Avtomatlaşdırılmış proqram təminatında (hər hansı bir növündə) işləmək və nəzarət etmək bacarığına malik olmalı
• MS Excel yüksək səviyyədə bilməli
• Baş mühasib sahəsində 5-7 illik təcrübə
• Təhsil - bakalavr dərəcəsi
• MS Excel yüksək səviyyədə bilməli
• Təşəbbüskarlıq, özünü sübutetmə bacarığı
• Nəticəyönümlülük, punktuallılıq və detallara hessas olma bacarığı
• Effektiv ünsiyyət

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Baş mühasib” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.