Elektronik

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 08.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Əlaqədar sahədə orta ixtisas və ya peşə təhsili
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
• Prosesə nəzarət sistemi haqda ümumi biliklər
• Elektrik paylayıcı sistem və enerji cihazları haqda biliklər
• Elektrik qoruyucuları və MCC sistemi haqda biliklər
• Elektrik və Elektronik avadanlıqların iş prinsipi barədə məlumatlı olmaq
• Kabellər, İT şinləri, PLC I/O ilə bağlı qəzaların diaqnostikası bacarığı
• Növbəli iş rejimində işləmək imkanı

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Növbə ərzində istehsal prosesinin fasiləsiz işini təmin etmək üçün elektrik, elektron və nəzarət- ölçü cihazları ilə bağlı problemlərin həll edilməsi
• İş əmrlərinə əsasən elektrik, elektronik və ölçü-nəzarət cihazları təmir və ya montaj işlərinin icrası.
• Növbə ərzində istehsal prosesinin dayanıqlığının təmini üçün istismar avadanlıqlarının, bütün ölçmə cihazlarının texniki təmirinin icrası.
• Qəza duruşlarında elektrik nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması.
• Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun yerinə yetirilməsi.
• Çəki dozatorlarının doğruluğunu təlimata uyğun yoxlamaq və sazlamaq.
• Elektronik cihaz və alətlərin doğruluğunu təlimata uyğun yoxlamaq.

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son Müraciət Tarixi: 22.03.2021

İşəgötürənin reytinqi