Maliyyə/Satınalma Meneceri

  • ABTC MMC
  • Elanın qoyulma tarixi: 04.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- İşçi heyəti, iş planları, satınalma planları və sairə daxil olmaqla ətraflı illik layihə büdcəsinin hazırlayır və Layihə direktoruna təqdim edir;
- Sərəncam fondunun maliyyə hissəsinin idarə edilməsi;
- Layihənin satınalma və əməliyyat qaydalarının hazırlanmasına dəstək verir;
- Büdcəyə uyğun olaraq pul axını proqnozlarını hazırlayır;
- Nağd pul axını proqnozlarına və görülmüş işlərə uyğun olaraq fond üçün tələbnamə hazırlayır;
- Layihə çərçivəsində həyata keçirilən maliyyə və satınalma əməliyyatların uçotunu aparır;
- Satınalmalara büdcə, maliyyə nəzarəti və satınalma qaydalarına uyğun olaraq maliyyənin səmərəliliyinə nəzarət edir;
- İllik iş planına və layihə işçi qrupunun nümayəndələrinin məlumatlarına əsasən satınalma planlarını və büdcəsinin layihələrini hazırlayır və müvafiq təsdiqdən sonra onun icrasını təmin edir (qısamüddətli kənar satınalma mütəxəssisi cəlb etməklə);
- Satınalma planlarına uyğun olaraq, satınalma təşəbbüsünü həyata keçirir;
- Satınalmalar üçün məbləğindən asılı olaraq, kotirovka sorğuları və şərtlər toplularını hazırlayır və elan olunması üçün ofis menecerinə təqdim edir;
- Satınalmalar üzrə iddiaçılardan təklifləri ofis menecerindən qəbul edir, ilkin qiymətləndirməni həyata keçirir və Tender Komissiyasına hesabat təqdim edir;
- Satınalma və maliyyə menecmenti prosesində iştirak edən layihə komandası və layihə iştirakçılarının satınalma və maliyyə üzrə bilik və bacarıqlarının artırılmasına dəstək verir;
- Satınalma müqavilələrin vaxtında icra olunmasına nəzarət edir;
- Layihə idarə edilməsi qaydalarına uyğun maliyyə və satınalma üzrə onun üzərində düşən öhdəlikləri həyata keçirir;
- Layihə çərçivəsində debitor-kreditorlarla hesablaşmaları həyata keçirir;
- Layihə direktoru tərəfindən verilmiş layihənin maliyyə və satınalma idarəetməsi ilə əlaqəli digər tapşırıqlarını icra edir.

Tələb olunan səriştələr:

- Azərbaycan dilini mükəmməl bilmək
- İngilis dilini yaxşı bilmək
- İqtisadi və ya mühasibat sahəsində ali təhsil
- Layihənin maliyyə meneceri və ya mühasibi sahəsində ən azı 3 il təcrübə;
- Layihə satınalması sahəsində təcrübə;
- Yerli uçot standartlarını bilmək;
- Dəqiqlik;
- Ünsiyyət qurmaq bacarığı;
- Analitik bacarıqlar.

Əmək haqqı: razılaşma yolu ilə

Maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına göndərsinlər.