Baş mühasib

  • ABTC MMC
  • Elanın qoyulma tarixi: 30.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Mərkəzin illik, rüblük və aylıq büdcəsinin hazırlanması;
- Mərkəzin fəaliyyətinin 1C proqramında uçotunun aparılması;
- Mərkəzin maliyyə və vergi uçotunun aparılması, hesablaşmalarının həyata keçirilməsi;
- Dövlət orqanları üçün maliyyə hesabatlarının hazırlanması və təqdim olunması;
- Menecment üçün dövrü maliyyə hesabatlarının hazırlanması və təqdim olunması;
- Tenderlərdə iştirak ilə bağlı tələb olunan maliyyə hesabatları və arayışlarının hazırlanması;
- Mərkəzin direktorunun uçot ilə əlaqəli digər tapşırıqlarının icra edilməsi.

Tələb olunan səriştələr:

- Azərbaycan dilini mükəmməl bilmək;
- İngilis dilini orta bilmək;
- Maliyyə və vergi uçotu sahəsində ən azı 2 il iş təcrübəsi;
- 1C proqramında işləmə təcrübəsi;
- Dəqiqlik;
- Ünsiyyət qurmaq bacarığı;
- Analitik bacarıqlar.

Əmək haqqı: 600 manat və rüblük bonus

Maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına göndərsinlər.