Auditor köməkçisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
• Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
• Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
• Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
• Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
• Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
• Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
• Bankın orta menecmenti və vəzifəcə yuxarı olan auditorlara şifahi hesabat vermək və audit yoxlaması aparılan sahə üzrə tam və aydın hesabat hazırlamaq;
• Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

Namizədə qarşı tələblər:

- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Əməliyyat, kassa və ya bankın digər sahələri üzrə minimum 6 ay iş təcrübəsi (digər maliyyə təşkilatlarında təcrübənin olması nəzərə alınır);
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 mart 2021-ci il tarixinədək, email-in mövzu hissəsində “Auditor köməkçisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi