Dövlət İpoteka Kreditləri üzrə mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

• Müraciət etmiş müştərilərə kredit məhsulları barədə məlumat vermək;
• Kredit portfelini formalaşdırmaq və idarə etmək;
• Müştərilərə bank məhsullarını təqdim etmək və çarpaz satışları aparmaq;
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Dövlət İpoteka Kreditləşməsi üzrə elektron ipoteka sistemi ilə işləmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək.

Bizim üçün uyğun namizəd:

• Ali təhsili olan (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı olan;
• Azərbaycan dilində səlist danışan/yazan (xarici dil bilikləri olanlara üstünlük verilir);
• Dövlət İpoteka kreditləşməsi üzrə ən azı 1 il təcrübəsi olan bir şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Dövlət İpoteka Kreditləri üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az