Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə İşçisi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 24.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəliklər:

• Mərkəzləşdirilmiş Kredit Satışı İşçisi tərərfindən təsdiq üçün hazırlanmış sənədlər toplusunun təşkilatın daxili kreditləşmə qaydalarına müvafiqliyinin yoxlanılması;
• Müştərilərin kredit müraciətlərinə vaxtında cavab verməsi;
• Kredit müraciətlərini qiymətləndirərkən Mərkəzləşdirilimiş Kredit Satışı heyəti ilə sıx əməkdaşlıq etməsi;
• Kredit müraciətini qiymətləndirərkən qurumun qaydalarına hörmət və riayət etməsi;
• Kredit üçün müraciət etmiş şəxslərə kredit verilməzdən əvvəl maliyyə məlumatlarını və risklərini qiymətləndirilməsi;
• Ümumi kredit prosesinin yaxşılaşdırılması üçün digər şöbələrlə sıx əməkdaşlıq edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

• Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə ixtisasa üstünlük verilir;
• MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində biliklər;
• Səlis şifahi və yazılı Azərbaycan dili;
• Uyğun sahədə iş təcrübəsi;
• Biznes fəaliyyətlərinin gəlirlilik əmsalları haqda mövcud zamana uyğun məlumatlı olması;
• Biznes gəlirlərinin müxtəlif üsullarla yoxlama qabiliyyəti;
• Kredit risklərininin qiymətləndirmə bacarığı;
• Effektiv ünsiyyət qurma bacarığı;
• Analitik düşüncə;
• Vaxtın idarə edilməsi və sürətli iş bacarıqları, strateji düşüncə;
• Gərgin iş mühitində işləmə bacarığı;
• Komandada işləmə bacarığı;
• Planlama/ təşkilatçılıq.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 mart 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə İşçisi (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi