Qiymətləndirmə və portfel analizi şöbəsinin kiçik mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 24.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tarif siyasətinin müəyyən edilməsində, sığorta və təkrarsığorta üzrə baza tarif siyasətinin formalaşdırılmasında iştirak etmək və bu məqsədlə zəruri məlumatları toplamaq;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində iştirak etmək ;
3. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunmasında iştirak etmək;
4. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
5. Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasında iştirak etmək;
6. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi işinə cəlb olunması;
7. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
8. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanmasında iştirak etmək ;
9. Şöbədaxili riskləri müəyyən etmək və potensial risklər barədə birbaşa rəhbərinə məlumat vermək

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb olunmur.
Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat və ya Statistika, Maliyyə, Data Elmləri ixtisasları üzrə balakavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
Üstünlüklər: Beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi və ya iştirak etməsi. Həyat sığorta şirkətində iş təcrübəsi. Magistr dərəcəsi. Rus dili: orta.
Kompüter bilikləri: MS Office Word – əla, MS Office Excel - Orta, MS Office Power Point - Orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi