Texnoloq

İşin təsviri

İŞİN TƏSVİRİ

• Tabeliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
• İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
• İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
• İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
• İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;
• İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
• İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsində əmək məhsuldarlığının yüksəldilməsinə dair təkliflər vermək;
• Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
• Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
• Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
• İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
• İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
• Tabeçiliyində olan işçilərin daxili əmək intizamı qaydalarına riayət etməsini təmin etmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil (Mühəndis, texnoloji təhsilli namizədlərə üstünlük veriləcək);
− Sahə üzrə minimum 3 il iş təcrübəsi;
− MS Office proqramları üzrə bilik;
− Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini [email protected] ünvanına göndərə bilərlər.

(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)