Baş mühasib

İşin təsviri

Tələblər:

• Ali təhsil(maliyyə və muhasibatlıq sahəsi üzrə);
• Microsoft Office proqramlarını bilmək;
• Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
• Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;
• Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;
• Balansın çıxarılması üzrə bilikləri olmalı;
• Yaş həddi: 35-45;

İş barədə:

• Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı hesabatların hazırlanması;
• Bütün növ maliyyə hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;

CV göndərərkən mövzu qismində "Baş mühasib " sözünün yazılması mütləqdir!

E-mail: [email protected]