Daxili audit departamentinin mütəxəssisi

  • Rifah Group
  • Elanın qoyulma tarixi: 15.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək.
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
- Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək.
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək.
- Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək.
- Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq.
- Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq.
- Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
- Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək.
- Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.
- Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək.
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
- Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək.
- Departament büdcəsinin hazırlamasında iştirak.
- Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Ali təhsil;
• Minimum 2 il mühasibat uçotu və ya audit sahəsində iş təcrübəsi. Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur 12 mart 2021 tarixinədək mövzu sətirində “Daxili audit departamentinin mütəxəssisi” qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərsinlər.