Satış Divizionun rəhbəri

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 08.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblərimiz:

- Ali təhsil
- Satış sahəsində rəhbər vəzifələrdə ən az 3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik
- Microsoft office proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti
- Mükəmməl dinləmə və nitq (şigahi və yazılı) bacarıqları
- Güclü analitik və rasional düşüncə, problem həll etmə bacarıqları
- Komandanı idarə etmək bacarığı.

Əsas öhdəliklər:

- Fərdi satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsi;
- Satış komandasının satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsinə nəzarət;
- Satış komandasının iş proseslərinə və mexanizmlərə icra etməsinə nəzarət;
- Satış komandasının əməkdaşlarının effektiv işinə nəzarət;
- Dövri hesabatların aparılması;
- Debitor borclarının bağlanmasının təhlili və ona nəzarət;
- Debitor borcunun aşkarlanması və azaldılması üzrə tədbirlərin hazırlanması və tətbiq edilməsi;
- Pul vəsaitərinin geri qaytarılmasına nəzarət, müştərilərlə kommunikasiya;
- Satış komandasında hesabatlılıq sisteminin təşkili və aparılması;
- Müxtəlif kəsiklərdə satış qıflarında konversiyanın analitikası;
- Satış komandasına əməkdaşların işə götürülməsi və təlimləndirilməsi, habelə motivasiya edilməsi;
- Əsas tərəfdaşlara/müştərilərə (key account) birbaşa satışların edilməsi;
- Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi;
- Satış komandasının əməkdaşlarının efffektiv qarşılıqlı əlaqəsinin təşkil edilməsi;
- Satış komandasının əməkdaşlarının əmək şəraitinin yaxşılaşdırılması;
- Şirkətin məhsul və xidmətlərinin satışının artırılması;
- CRM, 1C və digər PT-da bütün uçot məlumatlarının düzgün aparılması;
- Satış Departamentinin Reqlamentində qeyd edilmiş göstərişlərə və məqsədlər matrisinə əsasən KPI-lara riayət edilməsi;
- Satış komandasının əməkdaşları ilə əlaqədar mübahisəli halların qarşısının alınması və həll edilməsi.

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Satış Divizionun rəhbəri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.

Son tarix: 09.03.2021-ci il

İşəgötürənin reytinqi