1-22 saylı Ərazi Məşğulluq Mərkəzi filialları (Bakı və regionlar) üzrə mütəxəssis

İşin təsviri

ƏMƏK HAQQI: 800-1000

VƏZİFƏ FUNKSİYALARI:

- Ərazi məşğulluq mərkəzinə daxil olan sənədləri qəbul etmək, elektron informasiya sistemində qeydiyyata almaq, sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
- Ərazi məşğulluq mərkəzinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunla müəyyən edilmiş qaydada və müddətdə baxılması üçün müvafiq tədbirlər görmək;
- Sənəd qovluqlarının düzgün formalaşdırılması, uçotu və onların saxlanma müddətlərinin müəyyən etmək;
- Ərazi məşğulluq mərkəzi üzrə kargüzarlığı müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

- Təhsil tələbi: Ali təhsil;
- İş stajı: İş təcrübəsi tələb olunmur;
- Dil bilikləri: dövlət dili (sərbəst)
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (orta səviyyədə)

Fiziki əlilliyi olan və göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə mütəxəssis yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Vakansiyaya müraciət etmək üçün son tarix: 05.03.2021