Mebel üzrə satış müdiri

İşin təsviri

Tələblər:

- Ali təhsil (menecment, maliyyə, iqtisadiyyat sahəsi);
- Mebel satışı sahəsində minimum 5 il iş təcrübəsi olmalı;
- Satış sahəsində təhlilinin aparılması qabiliyyəti olmalı;
- Qiymət formalaşmanın və satış prosesinin əsaslarını bilməli;
- Müəssisənin məhsul assortimentini, təyinatını və klasifikasiyasını dərindən öyrənməli;
- MS Office proqramlarını bilməli;
- Azərbaycan dilində aydın və səlis danışmalı, rus və ingilis dillərini bilməsi üstünlükdür;
- Güclü ünsiyyət bacarığı və problem çözümündə təcrübəli olmalıdır.

İş şəraiti:

- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
- Sabit maaş və iri həcmli sifarişlərdən formalaşan yüksək satış bonusu
- Korporativ nömrə və balans şirkət tərəfindən təmin edilir.

Əsas vəzifələr:

- Ümumi satış sisteminə nəzarət;
- Bazar araşdırılmasının aparılması və müvafiq hesabatların hazırlanması;
- Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq Satış sənədlərinin hazırlanması;
- Satış prosesinin təşkili və idarə edilməsi. Şəxsi satış komandasının yaradılması;
- İllik satış və satınalma planının hazırlanması;
- Müştəri bazasının formalaşdırılması və idarə olunması;
- Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
- Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi və yeni müştərilərin cəlb edilməsi;
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması.

Maraqlanan namizədlər [email protected] mail ünvanına Mebel üzrə satış müdiri başlığı ilə CV göndərə bilər.