Satınalma üzrə mütəxəssis

  • Emsa
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TƏLƏBLƏR

• Tələb olunan sahədə minimum 2 il aktiv iş təcrübəsi;
• MS Office proqramlarını xüsusilə word, power point, exceli əla səviyyədə bilmək;
• Satınalma prosesini idarəetmə bacarığının olması;
• Problemlərin həlli üçün ən uyğun yanaşmanı tətbiq edə bilmə bacarığının olması;
• Sürətli iş rejimində təzyiq altında işləyə bilmək;
• Azərbaycan dili səlis, xarici dil biliyi olan namizədlərə seçim əsasında üstünlük veriləcəkdir.

ÖHDƏLİKLƏR

• Bazarın təhlili, tələb olunan mal və materialların yerli və xarici bazarda araşdırılması;
• Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchiz olunması;
• Qiymətqoyma strategiyasının təmin edilməsi və müvafiq məhsullar üzrə kampaniyaların hazırlanması;
• Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinə əməl olunmasına nəzarət olunması;
• Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsi;
• Müştərilər tərəfindən yönləndirilən sorğu, problem və şikayətlərin adekvat şəkildə həll edilməsi;
• Alış-satışı məqbul olmayan məhsullar üçün qiymət-kampaniya yönümlü strategiyanın hazırlanması;
• Struktur daxili müvafiq hesabatların hazırlanması.

TƏKLİF EDİRİK

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Dinamik və gənc kollektivdə iş mühiti;
Vəzifə yüksəlişi.
Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

“Tələblər” bölməsində bütün tələblərə cavab verdiyiniz halda e-mailin mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla tərcümeyi-halı (CV) [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: e-mailin mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmayan namizədlərin tərcümeyi-halı qiymətləndirilməyəcəkdir.

Emsa tərəfindən digər vakansiyalar