İR Menecer

  • Emsa
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ƏMƏK FUNKSİYASI

- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
- Daxili sənəd dövriyyəsini icra edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
- iş rejimi – Həftədə 40 saat olmaqla 6 günlük

NAMİZƏD SEÇİMİ ÜÇÜN TƏLƏBLƏR

- İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Təhsili/ixtisası: Menecment, İqtisadi sahələr üzrə ali təhsil üstünlükdür;
- Dil bilikləri: İnglis və Rus dili biliyi üstünlükdür.

TƏKLİF EDİRİK

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Vəzifə yüksəlişi;

Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Qeyd olunan bütün tələblərə cavab verdiyiniz halda e-mailin mövzu hissəsində “İR Menecer” yazmaqla tərcümeyi-halı (CV) [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Emsa tərəfindən digər vakansiyalar