Kiçik mühasib

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ƏSAS ÖHDƏLİKLƏR

• Kiçik mühasib müştəri səviyyəsində mühasibat və hesabatlardan cavabdehdir. Əsas bank sistemində silinmiş müştərilərin vəziyyətinin idarə edilməsi və yenilənməsi və müştəri səviyyəsində lazımi mühasibat məlumatlarının hazırlanması.
• Silinmiş / açıq müntəzəm / simulasiya tipli ödənişlərinin hesablanması və məlumatların daxil edilməsi (əmək haqqından tutulmalar, pensiya fondundan tutulmalar, nağd terminallar, bank ödənişləri)
• Problemli müştərilərin balansının dəyişdirilməsi və ya bağışlanaraq bağlanması (məhkəmə qərarı, aktivlərin bərpası komitəsi / CRM protokolu və s.)
• Müştəri kreditlərinin hüquq şöbəsinə köçürülməsi və hüquqi statusun əl ilə dəyişdirilməsi / yükləmə (məhkəmə, məhkəməyə qədər, məhkəmədən sonra, icra və s)
• Müştəri ilə Əlaqələr İdarəetmə sistemindən (CRM), Aktivlərin Bərpası Komitəsi Protokolundan (ABK) və ya helpdesk vasitəsilə gələn protokollar üzrə müştəri balansında maliyyə əməliyyatlarının aparılması
• Müştərinin artıq ödəmələri və tutulmalar üzrə artıq məbləğlərin uzlaşdırılması və lazım olduğu təqdirdə düzəliş edilməsi və ya geri qaytarılması
• Hüquq Departamentinin sorğusu əsasında problemli müştərilərinin məhkəmə maliyyə hesabatlarının hazırlanması.
• Borcun olmaması barədə müştəri sorğularının hazırlanması / məhkəmə müqavilələrinin xitamı barədə məktubların hazırlanması
• CBS-də cərimələrin və digər əməliyyatların hesablanmasını dayandırılması
• Sistemdə kredit silinməsinin icra edilməsi

Hesabatlar və digər

• Məhkəmədə olan müştəri hesabatları və bu hesablar üzrə qalığın düzgünlüyünə əmin olmaq
• Şirkətin proseduruna uyğun dəyişikliklər edildikdən sonra, maliyyə məlumatlarını yoxlanması üçün MİS komandası ilə sıx əməkdaşlıq edilməsi
• Müştəri (kredit) arayışının hazırlanması
• Xətti menecerlərinin sorğularını yerinə yetirilməsi və tələb olunan hesabatlar hazırlanması

Tələb olunan bilik və bacarıqlar

• Maliyyə (Mühasibat uçotu) ixtisası üzrə ali təhsil
• Office proqramları (Excel proqramı xüsusi olaraq) biliklər
• Riyazı və məntiqi biliklər
• Azərbaycan dilində sərbəs yazı və danışıq (digər dil bilikləri üstünlük sayılır)
• Əsas Bank sistemi (Flexcube) haqqında kifayət qədər məlumat.
• Mühasibat uçotu haqqında əsas biliklər
• Banklarla iş sahəsində bilik və təcrübə

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 fevral 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Kiçik Mühasib (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi