İşə qəbul üzrə mütəxəssis

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 28.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Vakansiya elan mətninin hazırlanması
• Vakansiya elanı və İşədüzəltmə şirkətlərinin araşdırılması, siyahısının tutulması, qiymətləndirilməsi və seçilməsi
• Vakansiya elanlarının vakansiya saytlarında yerləşdirilməsi. Sosial mediada (facebook, linkedin və s.) elanların verilməsi və müraciətlərin cavablanması
• Daxili işə qəbul mənbələrindən iş müraciətlərinin vəzifə uyğunluğu, karyera planı və performans nəticələri üzrə yoxlanılması
• Namizəd qiymətləndirmə formasında yekun müsahibə nəticələrinin qeydiyyatının aparılmasının təmini
• Son müsahibə mərhələsində namizədlərin məlumatlarının və namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya salınması
• İş təklifi veriləcək namizədlə ilkin görüşün həyata keçirilməsi
• Karyera sərgilərində iştirak etmək
• İşə qəbul planının icrası ilə bağlı bütün növ hesabatların hazırlanmasını təmin etmək

Tələblər:

• Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
• İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
• İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.

İş Şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı
• Əmək haqqı 700 +

Vakansiya üçün müraciət qaydası:

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “İŞƏ QƏBUL ÜZRƏ MÜTƏXƏSSİS” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi