Girov Əmlakının Qiymətləndirilməsi şöbəsinin müdiri

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 25.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Girovun təminatı kimi təklif olunan və ya bankın mülkiyyətində olan daşınmaz əmlakların ekspertizası
- Girov kimi təqdim edilən əmlakın eyniləşdirilməsi, texniki və mülkiyyət sənədləri ilə uyğunsuzluqların aşkar edilməsi, texniki qüsurların və qiymətə təsir edə biləcək digər amillərin müəyyənləşdirilib təhlil edilməsi;
- Girov predmeti olan əmlakın həqiqi bazar və asan satış (likvid) qiymətinin təyin edilməsi;
- Bankın daxili qaydalarında nəzərdə tutulduğu halda təminat kimi çıxış edən obyektə baxış keçirilməsi və şəkillərin çəkilməsi, girovun təqdim olunan sənədlərə uyğunluğunun və texniki göstəricilərinin yoxlanılması;
- Təqdim olunan əmlakın likvidlik dərəcəsinin təhlil olunması;
- Keçirilən ekspertiza haqda hesabatların hazırlanıb təqdim olunması (qiymətləndirmə aktı);
- Bankdankənar müstəqil qitmətləndirici şirkətlər tərəfindən təqdim olunan aktların təhlil olunması və yekun hesabatların hazırlanıb təqdim olunması;
- Girov qoyulmuş əmlakların hər il təkrar qiymətləndirilməsi və monitorinq olunması;
- Təqdim edilən kredit sifarişlərinin reyestrdə qeydiyyatının aparılması;
- Analitik hesabatlar yaradılması məqsədi ilə hesabatların hazırlanması;
- Əmlakın bankdaxili qaydalarda təyin edilmiş müddətdə və keyfiyyətli ekspertizanın həyata keçirilməsi, rəhbərlik etdiyi şöbənin effektiv iş fəaliyyətinin təşkil olunması;
- Şöbənin əməkdaşlarının keyfiyyətli və effektiv iş fəaliyyətinə nəzarət olunması;
- Şöbənin cari və uzunmüddətli məqsədlərini yerinə yetirilməsi üçün Şöbə əməkdaşlarına planların təyin edilməsi;
- İldə bir dəfədən az olmamaq şərti ilə əməkdaşlarının və bütövlüklə şöbənin fəaliyyətinin qiymətləndirilməsi;
- Şöbənin fəaliyyəti haqda hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Əmlakın qiymətləndirilməsi prosesində boşluqların müəyyən olunub onların aradan qaldırılmasında iştirak etmək;
- Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təşkil olunması;
- Bankdankənar müstəqil qiymətləndiriçilərin akkreditasiyası və seçilməsi prosesində iştirak etmək, bankdankənar qiymətləndiricilərnən iş fəaliyyətinin təşkil olunması və onların təqdim etdiyi işlərinin keyfiyyətinə və vaxtında yerinə yetilrilməsinə nəzarət etmək.

Vəzifəyə tələblər:

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Aidiyyatı sahə üzrə (maliyyə təşkilatlarının qiymətləndirmə şöbəsində və ya qiymətləndirmə şirkətlərində təcrübə) 5 il iş təcrübəsi (idarəetmə təcrübəsi arzuolunandır);
- Aidiyyatı sahə üzrə sertifakatların (diplomların) olması arzuolunandır;
- Yüksək dərəcədə analitik qabiliyyət
- Təşkilatçılıq bacarığı;
- Səmərəli ünsiyyətqurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- İşlərini planlaşdırmaq bacarığı;
- Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Siz elektron poçtun “mövzu” yerinə “Girov_Qiymətləndirmə_ŞM” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi