Satınalma üzrə menecer

İşin təsviri

- Ali təhsilli;
- Analoji sahədə ən azı 3/5 illik iş təcrübəsi olan;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir;
- Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməlidir;
- Planlama qabiliyyətinin (tələbin planlaşdırılması) olması;
- Bazar araşdırılması və analiz edilməsi;

O cümlədən :

- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;
- Kritik düşünmə və təhlil etmə bacarığına malik olmalı;

Hansı işləri görəcəksiniz :

- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etməli;
- Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləməli;
- Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli;
- Şirkətin tədarük zəncirini gücləndirən təyin olunmuş əmtəə strategiyalarını dəstəkləyir, danışıqlar aparır və həyata keçirir;
- Potensial təchizatçıları araşdırır və məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Əsasən 2 istiqamədə: inzibati işlər və istehsalat, zavod məhsulları üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət etməli;
- Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli;
- Ödəniş sorğularını həyata keçirməli, ödənişlərə nəzarət etməli;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s.

Nə əldə edəcəksiniz ?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.