Daxili Auditor

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 18.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ƏSAS ÖHDƏLİKLƏR

• Daxili Auditor “FİNCA Azərbaycan” əməliyyatlarının davamlı təftişini aparmağa məsuldur;
• Daxili Auditor daxili nəzarətin davamlı gücləndirilməsində kömək etmək üçün idarəetməyə verilən mütəmadi hesabatlarda birləşdirmə aparmaq üçün Audit Menecerinə həftəlik hesabatlar təqdim etməlidir;
• Maliyyə Xidmətləri Şöbəsinin siyasət və prosedurlara tam əməl etməsinin gözlənilməsini yoxlamaq üçün “FİNCA Azərbaycan” müştəriləri ilə görüşlər daxil olmaqla, təşkilatın borc portfelinin, sürpriz təftişlər daxil olmaqla, müntəzəm sahə təftişlərini aparır;
• Borc fayllarında olan məlumatların dəqiqliyini yoxlamaq və bütün müştərilərin həqiqi müştəri olduğunu təsdiq etmək üçün təşkilatın müştəriləri ilə sahə müsahibələri və müştəri bizneslərinin yoxlanışını aparır;
• Dəqiq idarəetmə məlumatları hasil etməkdən ötrü MİS tərəfindən məlumatların dəqiq şəkildə hazırlanmasını yoxlamaq üçün MİS-də təftiş izləmələrinin bölünməzliyini təmin edir;
• Saxtakarlıq halları və vəsaitlərdən səlahiyyət olmadan istifadəni əhatə edən hər hansı hal və ya müəssisəni təhlükəyə qoyan hər hansı digər vəziyyətin tədqiqi üçün dərhal reaksiya göstərməlidir və təşkilatın daxili siyasətinin tələbi əsasında qısa hesabatlar hazırlayır;
• Tələb olunduqca təftiş testlərinin aparılmasında və illik təftiş olunmuş maliyyə steytmentlərinin hazırlanmasında auditorlara kömək edir;
• Xətti idarəetmə tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirir;
• “FİNCA Azərbaycanın” Ölkə Direktoru tərəfindən xahiş edildiyi zaman, tam məxfiliyi saxlamaqla, xüsusi tədqiqatlar aparır.

Tələb olunan bilik və bacarıqlar

• Ali təhsil – aidiyyatı üzrə ya digər texniki yönümlü təhsil;
• Azərbaycan və İngilis dilinin yüksək səviyyədə biliyi, Rus dili biliyi arzuolunandır;
• Komputer savadı, Microsoft Office proqramlarının inkişaf etmiş istifadəçisi;
• Yaxşı riyazi təhlil bacarığı;
• Audit sahəsində ən azı 2 il təcrübə.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 04 fevral 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Daxili Auditor (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi