Əməliyyat risklərinin idarə edilməsi şöbəsində Aparıcı / Baş mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 17.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Aparıcı / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri

Vəzifə öhdəlikləri:

- Starteji hədəflərə gedən yolda yarana biləcək potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verir və qərarların qəbul edilməsində iştirak edir;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləməq və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək;
- Bankın riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi;
- İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
- Əməliyyat riskləri üzrə işçilərin biliklərini artırmaq üçün bankda təlim / seminar keçirmək;
- Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

Vəzifəyə tələblər:

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Zəruri minimum iş təcrübəsi 2 il, bank sektorunda 1 il;
- Banklar və bank fəaliyyəti haqqında mövcud AR Qanunvericiliyi, əmək məcəlləsini, AR MB filiallarının və kredit təşkilatlarının fəaliyyəti məsələləri üzrə normativ sənədləri bilməli;
- Bank işinin əsaslarını və bank sisteminin strukturunu, bankda daxili prosesləri bilməli;
- Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook);
- İqtisadi xarakterli məlumatı ilə analitik işin aparılma bacarığı;
- Strukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
- Xarici dil bilməsinə üstünlük verilir (Rus dili, İnglis dili);
- Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
- Məsuliyyət;
- Nəticə əldə etməyə meyl;
- Stressə davamlılıq.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Siz elektron poçtun “mövzu” yerinə “Risk_Əməliyyat” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

 

İşəgötürənin reytinqi