Bölmə rəisi (Cənub)

İşin təsviri

Vakansiyanın kodu: V210112-9
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: Məlumat hesablama mərkəzi departamenti, Texniki dəstək şöbəsi, Cənub regional bölməsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: İmişli şəhəri, M.Sadıqcan küçəsi 1
Tələb olunan təhsil istiqaməti/ixtisası: İnformasiya texnologiyaları, Texniki yönümlü
Tələb olunan minimum təhsil dərəcəsi: Magistratura
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan komputer bilikləri: Windows Server 2012/2016 üzrə baza bilikləri – sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı; Rus dili – yaxşı.

Vəzifə üzrə tələb olunan biliklər :

- Ms Windows 8.1/10 əməliyyat sistemlərinə dair biliklər;
- Ms Office Adobe Systems proqramları, Arxivator, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlara dair biliklər;
- Şəbəkə strukturunun və kompüterlərin daxili qurğularının işləmə prinsipinə dair biliklər;
- Network və USB printerlərinin qurulması, şəbəkəyə qoşulub işlək vəziyyətdə saxlanmasına dair biliklər;
- Yerli kabel (LAN) şəbəkələrinin çəkilməsi və kabel başlarının (Rj-45) vurulub işlək vəziyyətə gətirilməsinə dair biliklər;
- Virusdan təmizlənməyə və onların yaratdığı fəsadları aradan qaldırmağa dair biliklər;
- Android, Windows mobil və İOS əməliyyat sistemlərinə dair biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

- Keyfiyyət yönümlülük;
- Problem həlletmə;
- Kommunikabellilik.

Rəhbərlik üzrə fərdi keyfiyyət meyarları:

- Nəticəyə istiqamətləndirmə;
- Həvəsləndirmə;
- Komanda işini təşviq etmə.

Digər tələb və üstünlük göstəriciləri:

CCNA Routing and Switching, Scaling Networks, Microsoft Office, IOS and Mac OS Service sertifikatları arzuolunandır;
Ms Windows Server əməliyyat sistemlərindən anlayışı olan, insanlarla qarşılıqlı ünsiyyət qurmaq və öz fikrini sərbəst ifadə etməyi bacaran namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təhvil verilməsi;
- IT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
- Printer, skaner, faks və s. kimi avadanlıqların quraşdırılması;
- PC, Notebook, Ms Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi.

Son müraciət tarixi: 31/01/2021
Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1126#vp