Təchizatçı

  • RD SMART
  • Elanın qoyulma tarixi: 14.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Ali təhsil;
• Aidiyyatı sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
• Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
• Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
• Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır;
• Məsuliyyətli, diqqətli və ünsiyyət qurmaq qabiliyyəti olmalıdır;.

Vəzifə öhdəlikləri:

• Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Məhsulların satınalınması üzrə prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
• Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasını nəzarətdə saxlamaq;
• Gömrük rəsmiləşdirilməsini həyata keçirmək (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədləri paketinin broker şirkətinə təqdim etmək);
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək.

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 Fevral, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Təchizatçı) göstərməyiniz xahiş olunur.

RD SMART tərəfindən digər vakansiyalar