SƏTƏM üzrə mühəndis

İşin təsviri

Şirkət: “Sabah Residence” MTK / Bakı şəhəri
İş qrafiki : Həfdədə 6 iş günü – 8 saat
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Müraciətin son günü : 31.01.2021

Vəzifə öhdəlikləri:

1. Şirkət tələblərinə cavab vermək üçün SƏTƏM prosedurlarını, siyasətini SƏTƏM sənədlərini hazırlayıb, layihənin texniki iş sahələri və sertifikatlaşdırma standartlarına uyğunlaşdırmaq;
2. Layihənin xüsusi SƏTƏM planını hazırlamaq;
3. Sayt komandası ilə bərabər işin həyata keçirilməsini təmin etmək;
4. Şirkət və layihənin SƏTƏM sisteminin yaradılması və koordinasiyası;
5. Layihə risklərin qiymətləndirmələrini hazırlamaq, nəzərdən keçirmək və koordinasiya etmək;
6. Layihənin SƏTƏM tələblərini subpodratçılar tərəfindən tətbiqinə nəzarət etmək;
7. Şirkət əməkdaşlarını və subpodratçıları təcrubədən kecirilmiş məqamları haqda məlumatlandırmaq;
8. SƏTƏM-in mühüm aspektlərini müəyyənləşdirmək, prioritetləşdirmək, izləmək və koordinasiya etmək, layihənin SƏTƏM fəaliyyətinə aid SƏTƏM hədəfləri və məqsədlərini inkişaf etdirmək;
9. İdarəetmə və layihə SƏTƏM proqramlarının, təminat planlarının, təkmilləşdirilməsi planları və fəaliyyətlərinin həyata keçirilməsi, monitorinqi və koordinasiyası;
10. SƏTƏM görüşlərini keçirmək və protokolaşdırmaq;
11. SƏTƏM kampaniyalarını keçirmək və işçilər arasında yaymaq;
12. Lazım olduğu halda, şirkətin işçilərinə SƏTƏM təlim kursları keçmək;
13. İş fəaliyyətində qanuna və standartlara riayət edilməsi üçün müəssisələrlə əlaqədə olmaq;
14. Əməliyyatın səmərəli şəkildə bağlanmasına qədər SƏTƏM qeydlərinə riayət etmək;
15. Şirkətin fəaliyyəti ilə əlaqəli işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasını təmin etmək;
16. Bütün baş vermis hadisələri araşdırmaq və müvafiq qaydada hesabat hazırlamaq;
17. SƏTƏM sahəsində məsləhət vermək, qərarlar qəbul etmək və əraziyə aid şərtləri nəzərə alıb idarə etmək;
18. Birbaşa rəhbər və müdiriyyətin verdiyi tapşırıqları vaxtında və düzqün qaydada yerinə yetirmək.

• Azərbaycan, rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili- işlək səviyyədə;
• Microsoft proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Həm yazılı həmdə ünsiyyət bacarığı;
• İxtisas
- Təhsil -Ali təhsil
• İş təcrübəsi: Anoloji vəzifədə ən azı 3 illik iş təcrübəsi

Xahiş olunur CV-ləri [email protected] e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adın“SƏTƏM üzrə mühəndis” qeyd edin.

İşəgötürənin reytinqi