İnsan resurslarının idarəolunması şöbəsinin mütəxəssisi

  • Company
  • Elanın qoyulma tarixi: 12.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Yeni işə qəbul edilən işçilərin bütün sənədləşmə işini təşkil etmək;
• Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;
• Elektron hökumət portalında yeni işçilərin əmək müqavilələrinin bağlanılması, dəyişdirilməsi və xitam verilməsi barədə bildirişlərini qeydiyyata almaq;
• texniki tədbirlərin görülməsini təmin etmək:
• işə qəbulla bağlı sənədlər imzalanmalı;
• işçinin ofis daxilində yerləşdirilməsi və texniki baxımdan hazırlığı təmin olunmalıdır;
• şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək.
• işçilərin qanunvericilik və Cəmiyyətdaxili müvafiq təlimat əsasında şəxsi işlərini hazırlamaq;
• vəzifə dəyişikliyi zamanı şəxsi işlərə əlavələr etmək;
• işçilərin sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını təmin etmək;
• əmək kitabçalarının qeydiyyatını aparmaq, əmək kitabçalarının müvafiq hissələrini doldurmaq;
• əmək müqavilələrinin və onlara əlavələrin qeydiyyatını aparmaq.
• Daxil olan vətəndaş müraciətlərin baxılması, vətəndaşlar ilə müsahibənin təşkili.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan və İngilis dili sərbəst, Rus dili arzuolunandır;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq ixtisaslar üzrə ali təhsil;
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İnsan resurslarının idarəolunması şöbəsi, mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.