Metodologiya və biznes dəstəyi şöbəsinin mütəxəssisi

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 10.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Mövcud biznes proseslərin təhlili, qiymətləndirilməsi və təkmilləşdirmə üzrə təkliflərin hazırlanması;
- Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək, yeni məhsul və xidmətlər üzrə proseslərin hazırlanması;
- Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərini sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması;
- Struktur bölmələrdən daxil olan proseslərin dəyişdirilməsi ilə bağlı sorğuların qəbulu və icrası;
- Proseslərin avtomatlaşdırılması ilə bağlı sorğuların yaradılması və icrasının koordinasiyası;
- Normativ sənədlər bazasının idarə edilməsi.

Tələblər:

- Ali təhsil;
- Bank və / və ya proseslərin idarə olunması sahəsində minimum 2 il təcrübə;
- İstifadəçilər üçün anlaşıqlı dildə yazma bacarığı;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə olaraq İngilis və ya Rus dili bacarığı mütləqdir;
- Analitik təhlil, kritik düşünmə bacarıqları;
- Layihələrin idarə olunması üzrə bilik və təcrübəyə üstünlük verilir.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Siz elektron poçtun “mövzu” yerinə “Metodologiya və biznes dəstəyi şöbəsi/ Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

 

İşəgötürənin reytinqi