İşin təsviri
•Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatları vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq;
• AR Vergi Məcəlləsinə uyğun vergi uçotunu aparmaq;
• Mühasibat işinin təşkil olunmasını, sənədlərin düzgün tərtib olunmasını təşkil etmək;
• Vergi, Statistika, DSMF, Məşğulluq idarəsinə hesabatlar hazırlamaq və təqdim etmək.
Tələblər:
• İxtisas üzrə ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il təcrübə;
• Elektron hökumət portalı ilə işləmə qabiliyyəti
• Vergi qanunvericiliyi ilə tanışlıq;
• Kompüter proqramlarında sərbəst işləmə bacarığı (Excel, 1 C);
• İngilis dili, Rus dili biliyi arzu olunandır.
İş şəraiti:
• İş yeri Sumqayıtda yerləşir;
• Həftəlik 5 iş günü;
• Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
• AR Əmək Məcəlləsinə əsasən əmək münasibətləri;
• Əmək haqqı razılaşma yolu ilə.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilər. Məktubun başlıq hissəsində “Mühasib” sözünün qeyd olunması xahiş olunur.