Xəzinədarlıq Departamentinin Maliyyə İnstitutları ilə iş qrupunda Mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 21.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Siz elektron poçtun “mövzu” yerinə “Xəzinədarlıq_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Xəzinədarlıq departamenti / Maliyyə İnstitutları ilə iş qrupu
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

• Maliyyə institutları ilə əlaqələrin yaradılması, hesabların açılması və aparılması, müşayiəti ilə bağlı yazışmaların aparılması;
• Maliyyə insitutları ilə bağlı sorğuların qəbulu və icrası, icrasının koordinasiyası;
• Maliyyə institutları ilə bağlı sənədlər və verilənlər bazasının yaradılması və idarə edilməsi;
• Maliyyə institutları ilə iş istiqamətlərində biznes-proseslərin sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Ali təhsil;
• Minimum 1 il bank təcrübəsi (müvafiq sahədə təcrübəsi olana üstünlük veriləcəkdir);
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
• İngilis və ya Rus dilində yazmaq və danışmaq bacarığı mütləqdir;
• Analitik təhlil, kritik düşünmə bacarıqları;
• Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə bacarığı;
• Kargüzarlıq səliqəsinə malik olmalı, sənəd və verilənlərin toplanmasını, emalını, saxlanmasını təşkil etmək bacarığına malik olmalıdır.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi