Mikro və İstehlak Kreditləri şöbəsi üzrə Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 15.12.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

truktur: Kreditlərin Bərpası Departamenti / Mikro və İstehlak Kreditləri şöbəsi
Vəzifə: Kiçik mütəxəssisi / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

• Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq;
• Borclularla əlaqələrin yaradılmasına və borcun ödənilməsinə yönəldilmiş tədbirlərdə iştirak etmək;
• Təmsilçillik funksiyalarını yerinə yetirmək, Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
• Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin saxlanmasını təmin etmək;
• Qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydalara riayət etmək;
• Fəaliyyəti üzrə mütəmadi hesabatlılıq aparmaq və qeyd etmək.

Tələblər:

• Bankın dəyərlərinə uyğun korporativ davranış;
• Kiçik mütəxəssis və mütəxəssis vakansiyası üzrə bank sahəsində ən azı 1 il iş təcrübəsi, aparıcı və baş mütəxəssisi vakansiyası üzrə bank sahəsində ən azı 3 il iş təcrübəsi (mikro və istehlak kreditləri üzrə təcrübəsi olanlara üstünlük verilir);
• Məsuliyyət və stresə davamlılıq;
• Effektiv ünsiyyət bacarıqları;
• Komandada işləmək bacarığı;
• Tapşırıqların həllində çeviklik;
• Orta səviyyədə kompüter bilikləri (MS Office).
• Xarici dil (Rus və ya İngilis dili) bilənlərə üstünlük verilir.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi