Elektrik

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Elektrik xidmatlərinin yüksək səviyyədə təmin edilməsi;
- Otelin ümumi ərazilərinin elektrik sistemlərinə nəzarətin edilməsi;
- Gündəlik elektirk sistemlərinin yoxlanılmasının aparılması;
- Yaranmış problemə uyğun təchizatların və texniki avadanlıqların istifadə edilməsi;
- Qonaqların hərəkət etdiyi ərzilərdən uzaqda işlərin görülməsi;
- Təmir olunan qonaq otaqları haqqında məlumatın Təmizlik və təsərüfat şöbəsinə və Ön büro şöbəsinə məlumatın verilməsi;
- Sabit və dəyişkən cərəyan elektrik maşınlarının, elektrik mühərriklərinin quraşdırılmasının təmin edilməsi;
- Baş verən texniki problemlərin dərhal aradan qaldırılması;
- Təhlükəsizlik standartlarına riayyət edilməsi;
- Otelin ümumi əraziləri, təchizatları və əvadanlıqları barədə yüksək dərəcədə məlumatın olması;
- Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və montaj metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanması;
- Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınmsı üzrə profilaktik tədbirləri, xüsusi mürəkkəb, iri qabaritli, unikal və ən dəqiq avadanlığın təmiri, təcrübədən keçməsi və təhvil verilməsinin yerinə yetirilməsi;
- Otelin quruluş bölmələrində baş verə biləcək xoşagəlməz hadisələr, faktlar və münaqişələr barədə qabağlayıcı məlumatların əldə edilməsi;
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi;
- Texniki departamentinin nizam-intizam qaydalarına riayyət edilməsi;
- Baş verən ciddi iş pozuntusu və təhlükəli vəziyyəti rəhbərliyə məlumat verilməsi;
- Xidmət göstərilən obyekt və ya sahənin tam elektrik sxemi haqqında məlumatın olması;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsi haqqında məlumatın olması;
- Gündəlik departament menecrrinin verdiyi tapşırıq və göstərişlərin nəzərdən keçirilməsi;
- Oteldə digər şöbələrlə mütəmadi olaraq əlaqələrin yaradılması;
- Texniki sifarişlərinin planlaşdırılması, proqnozlaşdırılması;
- Müxtəlif elektrik materilallarının növlərini, onların xassələrini və təiynatı haqqında məlumatın olması;
- Buraxıcı və tənzimləyici qurğuların, kontaktlarının qoruyucuları və kontrollerlərin (aparat) konstruksiyası haqqında məlumatın olması;
- Elektrik maşınları, elektrik aparatları və elektrik cihazlarının təmiri və montajı qaydaları haqqında məlumatın olması;
- Şöbənin işinin təkmilləşdirilməsi məqsədilə rəhbərliyə müvafiq təkliflər vermək;

Namizədə tələblər:

- Ali təhsil və ya peşə təhsili (Elektrik peşəsi üzrə dərəcəli sertifikatlar arzu olunandır);
- Hotelçilik və özəl sektorda minimum 3 il iş tərcübəsi;
- İş yeri Gəncə şəhərində yerləşir;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 Yanvar 2021-ci il