Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
• Vergi və mühasibat uçotunun aparılması
• DSMF, Statistika, Məşğulluq və bütün növ Vergi hesabatlarının hazırlanması
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
• Aylıq hesabatlarının tərtib edilməsi
• Mənfəət Vergi Bəyannaməsinin hazırlanması
• Əmək haqqı, məzuniyyətlərin hesablanması
• Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil vermək
• e-gov.az, e-taxes.gov.az-BTP –dən işləmə bacarığı
• Online kargüzarlıq bölməsi bağlı işlərin həyata keçirilməsi
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanması
• Debitor və Kreditorlarla hesablaşmalar
• ƏDV ilə hesablaşmalar, ƏDV Bəyannaməsinin verilməsi və əvəzləşdirmənin aparılması
• E-Qaimə Fakturalarının tərtib olunması və göndərilməsi
• Vergi yoxlanışları zamanı auditorlarla işləri koordinasiya edilməsi və tələb olunan məlumatların vaxtında və dəqiq təmin edilməsi
• Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması.

Namizədə tələblər:

- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və yaxud hotelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
- Rus və ingilis dili bilikləri arzu olunandır;
- Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
- Hotelçilik və özəl sektorda minimum 5 il iş tərcübəsi;
- İş yeri Gəncə şəhərində yerləşir;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 Yanvar 2021-ci il