Audit departamentinin direktoru

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 09.04.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:
 Bankın Strateji inkişaf planının hazırlanmasında iştirak edir;
 Bankın Strateji inkişaf planından irəli gələn və Departamentin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
 Bankın Audit siyasəti,  Departamentin fəaliyyəti ilə bağlı olan  Bankdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, Audit Komitəsi ilə razılaşdırılır və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim edir;
 Bankın qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, yerinə yetirir; 
 Quvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Mərkəzi Bankının normativ xarakterli aktlarına və göstərişlərinə, eləcə də Bank tərəfindən qəbul edilmiş siyasət, prinsiplər, qayda və təlimatlar da daxil olmaqla, Bankın fəaliyyətini nizamlayan bütün hüquqi və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət edir;
 Risklərin tənzimlənməsi və idarə edilməsinə nəzarət edir;  
 Yeni bank əməliyyatlarının, sistemlərinin və prosseslərinin kefiyyətli hazırlanmasına və tətbiqinə nəzarət edir; 
 Bank aktivlərinin qorunması üzrə sistemlərin işinə  və prosedurlara riayət olunmasına nəzarət edir və qiymətləndirir;  
 Daxili nəzarət sistemlərinin mövcud olmasına və effektiv işləməsinə nəzarət edir;
 Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistemin mövcudluğu   və prosedurlara riayət olunmasına nəzarət edir və qiymətləndirir;  
 Bankın əməkdaşları tərəfindən hüquqı və normativ sənədlərin öyrənilməsini və bu işlərin təşkilini qiymətləndirir;
 Korporativ idarəetmənın  tətbiqini və effektivliyini təhlil edir;    
 Bankda maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin təmin edilməsinə nəzarət edir;
 Bankın struktur bölmələrinin,  ayrı-ayrı fəaliyyət növünin effektivliyini təhlil edir; 
 Bankda ödəniş sistemləri və idarəedici informasiya sistemlərinin fasiləsiz fəaliyyət göstərməsini yoxlayır və qiymətləndirilməsini həyata kecirir;
 Struktur bölmələrdə qanunvericilik, hüquqi və normativ sənədlərin tələblərinə və Bankdaxili qayda  və prosedurlara riayət olunmadan verilən göstəri və qəbul edilən qərarlar barədə Audit Komitəsi və Müşahidə Şurasına məlumat verir,  qarşısının alınması barədə İdarə Heyəti qarşısında məsələ qaldırır.
 Bankın qəbul etdiyi “Çirkli pulların yuyulmasının qarşısının alınması sahəsində Siyasət” və bankdaxili prosedurların tələblərindən irəli gələn vəzifələri yerinə yetirilməsinə nəzarət edir; 
 Bank tərəfindən təqdim olunan maliyyə və idarəedici məlumatların etibarlığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasını yoxlayır və qiymətləndirir.
 Bu Əsasnamə ilə nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsində Bankın aidiyyəti struktur bölmələri ilə əlaqəli şəkildə fəaliyyət göstərir;
 Departamentlə əlaqəli şəkildə öz vəzifə və funksiyalarını yerinə yetirən digər struktur bölmələrin xidməti işlə əlaqədar sorğularını cavablandırır, onlara lazımi   məlumat  verir;

Namizədə dair tələblər:
 Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələblərini bilməlidir;
 Bilavasitə bu Vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələblərini, eləcə də, bankdaxili normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır;
 Banklarda audit bölməsində minimum 2 il rəhbərlik iş təcrübəsi

CV-ləri [email protected] ünvanına AUDİT DEPARTAMENTİNİN DİREKTORU mövzusu ilə göndərməyiniz tələb edilir.