KOS-təcrübəçi

İşin təsviri

Görəcəyiniz işlər:

- KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
- Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
- KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
- Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək məsələlərin həllinə sonadək dəstək olmaq.

Bizim üçün ideal namizəd:

- Ali iqtisadi təhsili olan;
- Azərbaycan dilini səlis bilən;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
- Komandada işləmə bacarığı olan;
- Yüksək səviyyədə satış bacarığı olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-təcrübəçi” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az