Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
- KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
- Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;

Bizim üçün ideal namizəd:

- Ali iqtisadi təhsili olan;
- Azərbaycan dilini səlis bilən;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
- Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Müştəri Meneceri” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az