Kart əməliyyatları şöbəsinə (Kart əməliyyatlarının monitorinqi) mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

- Telescope sistemində off line hesabatlar üzrə təlabatların formaşdırılması
- ORM sistemində monitorinq
- Tel Risk reps - issuing və Tel Risk reps - acquiring yoxlanılması
- MXS və tələb olduqda bir başa müştərilərlə əməliyyatların aydınlaşdırılması
- Bankın tərəfdaş seçdiyi şirkətlərin risk monitorinq sistemləri ilə iş
- Beynəlxalq və yerli kart təşkilatları ilə iş .

Bizim üçün ideal namizəd:

- Ali İqtisadi/İT təhsili olan;
- Ofis proqramları ilə sərbəst işləməyi bacaran;
- Sahə üzrə 1-3 il iş təcrübəsi olan;
- Komandada işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

- Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
- Davamlı karyera inkişafı
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının “Kart əməliyyatlarının monitorinqi” göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az