Kadrlar üzrə mütəxəssis

  • Betta
  • Elanın qoyulma tarixi: 23.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: “BETTA” MMC
Vəzifə: Kadrlar üzrə mütəxəssis

Namizədə tələblər:

- Ali təhsil
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli
- Azərbaycan və İngilis dilləri - yüksək səviyyədə
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Elektron Hökumət Portalı ilə işləmə bacarığı
- 1C (8.3) proqramında işləmək bacarığı
- MS Office proqramları üzrə biliklər
- Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 3 il
- Diqqətli və dəqiq olmalı
- İşgüzar və məsuliyyətli olmalı

Vəzifə borcları:

• Kadr tələbinin planlaşdırılması;
• Vəzifə təlimatlarının hazırlanması;
• Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
• Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
• İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
• Mövcud kadr bazasının inkişaf etdirilməsi;
• Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
• Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin həyata keçirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək; kitabçalarının qeydiyyatı, məzuniyyət qrafiklərinin, əmrlərin düzgün tərtib edilməsi;
• Sosial müavinətlərin hesablanması;
• İşçilərin icbari sığortasının həyata keçirilməsi;
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• İşçilərin davamiyyət uçotunun aparılması;
• İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin; müəyyənləşdirilməsi, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlanması və həyata keçirilməsi;
• İşçilər barədə məlumat bazasına yenilik və dəyişikliklərin daxil edilməsi;
• İnsan resursları departamentinə aidiyyati hesabatların tərtib və təqdim edilməsi;

İş şəraiti:

- İş rejimi - 5 günlük (09:00-18:00)
- Əmək haqqı 700 AZN (müvafiq vergilər çıxılmaqla)
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.

Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Betta tərəfindən digər vakansiyalar