Problemli Kreditlər üzrə Mütəxəssis

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 23.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kollektor

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
• Borcalanlar və əlaqəli tərəflərlə telefon əlaqələri, öhdəliklərin ödənilməsi və ya yenidən qurulması məqsədilə danışıqlar aparmaq;
• Problemli kreditlərin idarə olunmasına aid ödənişləri təmin etmək üçün məhkəmə icraatını asanlaşdırmaq;
• Kredit portfelinin idarə edilməsi və intensiv monitorinq;
• Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
• Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
• Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Etibarlı sürücülük vəsiqəsi;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

• İş yeri: Bakı şəhəri;
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
• Əmək haqqı 500 azn gross və bonus sistemi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] ünvanınaSubject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor - Bakı)qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.