SƏTƏMM üzrə mütəxəssis(təlimçi)

İşin təsviri

SƏTƏMM üzrə mütəxəssis(təlimçi)

Vəzifə öhdəlikləri:

• İllik təlim planına əsasən işçi heyətə SƏTƏMM təlimlərinin keçirilməsini təmin etmək;
• Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
• SƏTƏMM üzrə ümümi və xüsusi təlimlərin (giriş təlimi,yanğın təhlükəsizliyi, hündürlükdə görülən işlər, təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi, İşə İcazə təlimi, və s. işçi personala və subpodratçılara keçirilməsi;
• Təlim matrisasının hazırlanması, izlənməsi;
• Təlimat jurnallarının hazırlanması və yoxlanılması;
• Təlimlər üzrə həftəlik və aylıq hesabatların hazırlanması.

Tələblər:

• Ali təhsil (Texniki);
• SƏTƏMM sahəsində təlim metodologiyasına dair bilikləri;
• Auditoriya ilə işləmə bacarığı;
• Azərbaycan Respublikasının qanunvericiliyi (Əmək Məcəlləsi, SƏTƏMM sahəsində Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Təlimatlar, digər normativlər və standartlar, habelə SƏTƏMM sahəsində Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr);
• Yüksək səviyyədə təqdimat hazırlama qabiliyyəti;
• İSO 45001-2018 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq;
• İşçi heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarıqları;
• MS Office proqramları biliyi (xüsusilə əla səviyyədə PowerPoint bilikləri);
• Rus dili və ingilis dilində yazılı və şifahi ünsiyyət bacarığı;
• Təlimçi kimi müvafiq sertifikatların olması;
• İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lokanik olmaq;

Xahiş olur CV-lərinizi cover letter ilə birlikdə, 2 referans məktubu və SƏTƏMM sahəsi üzrə hazırlanmış 1 nümunə təqdimatı SƏTƏMM üzrə mütəxəssis(təlimçi) başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.

İşəgötürənin reytinqi