Elektrik

  • Unitexnika MMC
  • Elanın qoyulma tarixi: 17.11.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Elektrik-elektronik (ağır texnika və anbar avadanlıqıları üzrə)

Namizədə tələblər:

• Tikinti və yol texnikaları, anbar avadanlıqlarında elektrik işlərini görmək, elektrik sxemlərini sərbəst şəkildə oxumaq, istehsalçıların təmir işlərinə dair kitabından istifadə etməyi bacarmaq.
• Elektrik və kontrol sistemlərinin yoxlanılması və təmiri.
• Tikinti və yol texnikaları, anbar avadanlıqlarının dinamo və starterlərinin təmiri, yağlanması və digər ehtiyat hissələrinin dəyişdirilməsi;
• Gündəlik olaraq istismar olunan texnika və avadanlıqların yoxlanılması və nasazlıqların aradan qaldırılması;
• Təhkim olunmuş əl alətlərindən düzgün qaydada istifadə etmək, təmiz və səliqəli saxlamaq;
• Görülmüş işlər haqqında qeydlər aparmaq.
• İş yerini təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
• Təhlükəsizlik standartlarına riayət etmək;
• Daxili əmək intizam qaydalarına riayət etmək;
• Qaraj rəisi və mexanik tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirmək;

- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
- Cinsi - Kişi
- Sürücülük vəsiqəsi tələb olunur
- Dil bilikləri: Azərbaycan dili sərbəst
- İş təcrübəsi: 2 il
- İş qrafiki - 6 günlük 09:00 – 18:00
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı : 800-1200 manat arası. Müsahibə əsasında müəyyənləşdiriləcək.

İş yeri : Babək pr. Nizami r., Bakı ş.

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “Elektrik” yazaraq göndərə bilərlər.

Məsul şəxs - Seymur İsmayıllı

UNİTEXNİKA MMC
Mob: +994 50 630 15 16
Email: [email protected]